Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvanda 18 yaşlı qızı avtomobil vurub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev küçəsində baş verib.
Belə ki, avtomobil Şərur rayon sakini, 2008-ci il təvəllüdlü Günay Elçin qızı Zülfüqarzadəni vurub. Xəsarət alan piyada Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.