Naxçıvanda 2 avtomobil toqquşub KONKRET

23.08.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Naxçıvanda 2 avtomobilin toqquşubması nəticəsində 4 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin 21-ci məhəlləsində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobillə “Ssang Yong” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəsarət alanlar 1958-ci il təvəllüdlü Fatma Cəfər qızı Cəfərova, 1963-cü il təvəllüdlü Rüfət Əyyub qızı Cəfərova, 1981-ci il təvəllüdlü Aliyə Hümbət qızı Qəhrəmanova və 1982-ci il təvəllüdlü Gülnarə Məmməd qızı Babayeva Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.\\APA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью