Naxçıvanda 2 tələbəni maşın vurdu

28.04.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan şəhərində ağır yol qəzası baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobil yolu qarşı tərəfə keçən 2006-cı il təvəllüdlü Allahverdiyev Amin İntiqam oğlu və Məhərrəmov Zaur Fizuli oğlunu vurub.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, onların Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью