Naxçıvanda 2025ci ilin ilk əkiz uşaqları dünyaya gəlib FOTO AzPolitika onlayn siyasiictimai qəzet

01.01.2025

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasında 2025-ci ilin ilk əkiz uşaqları dünyaya gəlib.

Naxçıvan Perinatal Mərkəzindən APA-nın yerli bürosuna verilən məlumata görə, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı qeysəriyyə üsulu ilə əkiz oğlan uşaqları dünyaya gətirib.

38 həftədə biri 2,6, digəri 2,3 kq çəkidə doğulan uşaqlar tam sağlamdırlar.

Seyidovlar ailəsinin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib. Yeni ilin ilk dəqiqələrində dünyaya göz açan əkiz qardaşların ailəsini təbrik edir, körpələrimizə qədəmləriniz uğurlu olsun deyirik!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью