Naxçıvanda 21 yaşlı hamilə qadın və körpəsi vəfat edib

18.01.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Naxçıvanda 21 yaşlı hamilə qadın və körpəsi vəfat edib.


APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün baş verib.

Halı pisləşən 2004-cü il təvəllüdlü Məhərrəmova Gülcan İlham qızı üçün təcili tibbi yardım çağrılıb. O, xəstəxanaya aparılarkən yolda vəfat edib. İlkin məlumata görə, ana və bətnindəki övladının ölümünə səbəb yüksək təzyiq olub.


Onlar Babək rayonu Payız kəndində dəfn ediliblər.


Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью