Naxçıvanda 3 maşın toqquşdu 4 yaralı var

01.10.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. Qəza zamanı “VAZ 2107”, “Raf” və “NAZ-Lifan” markalı avtomobillər toqquşublar.

Zəncirvari qəzada 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью