Naxçıvanda 34 yaşlı kişi qətlə yetirilib

13.07.2025

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvanda qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Şərur rayonunun Daşarx kəndində qeydə alınıb.

Bildirilib ki, Yeni Havuş kənd sakini, 1991-ci il təvəllüdlü İbrahim Əbülfəz oğlu İbrahimov qətlə yetirilib.

Onu qətlə yetirməkdə həmin kənd sakini, 1971-ci il təvəllüdlü Sabir İbrahim oğlu İbrahimov şübhəli bilinir.

Qeyd olunur ki, İ.İbrahimov S.İbrahimovun qardaşı oğludur, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью