Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Naxçıvan şəhərində zəncirvari qəza olub, 5 avtomobil toqquşub.
Publika.az xəbər verir ki, şəhərin İstiqlal küçəsində qeydə alınan qəza zamanı "BMW", "Mercedes", "KIA" və 2 "Hyundai" markalı avtomobillər toqquşub.
Qəzada Naxçıvan şəhəri, Tumbul kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayeva Çinarə Elçin qızı xəsarət alıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsini yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.