Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan şəhərində zəncirvarı qəza olub.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb. Qəza zamanı "BMW", “Mercedes”, "KIA" və 2 “Hyundai” markalı avtomobil toqquşub. Zəncirvari qəzada Naxçıvan şəhərinin Tumbul kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayeva Çinarə Elçin qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.