Naxçıvanda 5 avtomobil toqquşub, xəsarət alan var

24.11.2024

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan şəhərində zəncirvari qəza olub.

Xalqcebhesi.az xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb. Qəza zamanı BMW, “Mercedes”, KIA və 2 “Hyundai” markalı avtomobil toqquşub. Zəncirvari qəzada Naxçıvan şəhərinin Tumbul kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayeva Çinarə Elçin qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью