Naxçıvanda 5 maşın toqquşdu Hadisə yerindən FOTOLAR | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir. Naxçıvan şəhərində zəncirvari qəza olub.
"Cebheinfo.az" xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb.
Qəza zamanı BMW, “Mercedes”, KIA və 2 “Hyundai” markalı avtomobil toqquşub.
Zəncirvari qəzada Naxçıvan şəhərinin Tumbul kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayeva Çinarə Elçin qızı xəsarət alıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu