Naxçıvanda 559 daşınmaz əmlak obyektinə yeni ünvan verilib

24.06.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan, 24 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-may ayları ərzində ümumilikdə 3583 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bunlardan 1330-u daşınmaz əmlakın texniki pasportu, 2253-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.

Hesabat dövründə 337 torpaq sahəsi, 85 mənzil, 53 qeyri-yaşayış binası, 44 fərdi yaşayış evi və 40 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 559 daşınmaz əmlak obyektinə yeni ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,7 faiz çoxdur.

Müxbir - Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью