Naxçıvanda 7 yaşlı uşaq faciəvi şəkildə ÖLDÜ FOTOlar

07.06.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb.

Milli.Az xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi ərazisində baş verib.

Belə ki, kənd ərazisində velosiped sürən 2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangir oğlu ehtiyatsızlıqdan su kanalına düşüb. Aparılan axtarış tədbirləri zamanı o tapılaraq sudan çıxarılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью