Naxçıvanda 72 yaşlı qadını avtomobil vurub

17.11.2026

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Culfa şəhərində qeydə alınlb. Belə ki, qəza zamanı avtomobil 1954-cü il təvəllüdlü Xədicə Rəşad qızı Cəfərovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 72 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью