Naxçıvanda 95 nəfər mədəniyyət müəssisələrində vəzifələrə təyinat alıb

01.04.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 1 aprel, AZƏRTAC

Naxçıvanda mədəniyyət müəssisələri üzrə cari il fevralın 3-də elan olunmuş müsabiqə çərçivəsində ümumilikdə 266 vakant vəzifə üzrə 315 namizəd qeydiyyata alınıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, seçim prosesinin növbəti mərhələsində - martın 4–13-də keçirilən müsahibədə 146 nəfər uğur qazanıb. Onlardan 95-i müvafiq vəzifələrə təyin olunub, 51 nəfər isə ehtiyat kadrlar siyahısına daxil edilib.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью