Naxçıvanda ağır qəza: 5 yaralı var

30.09.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Böyükdüz kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 75-BX-715 dövlət nömrə nişanlı "Xəzər" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal oğlu, 2002-ci il təvəllüdlü Xəlilzadə Vaqif Eldəniz oğlu və 2007-ci il Tahirov Qəzənfər Rasim oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью