Naxçıvanda ağır qəza: azyaşlı öldü, 8 nəfər yaralandı

20.10.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, qəza rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb, 2022-ci il təvəllüdlü S.Q isə həyatını itirib.

Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью