Naxçıvanda ağır qəza oldu Ölən və xeyli sayda yaralı var

20.10.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Culfa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb. Belə ki, 3 maşının iştirakı ilə baş verən qəzada 8 nəfər yaralanıb. Qəza zamanı 2022-ci il təvəllüdlü Quliyev Səid Səlim oğlu həyatını itirib.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью