Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb.
Hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu Cəhri qəsəbəsindən keçən hissəsində qeyd alınıb.
Belə ki, "Tofaş" və "AzSamand" markalı avtomobillərin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Allahverdiyeva Samirə Yəhya qızı və 2009-cu il təvəllüdlü Musayev Ümid Səbuhi oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
(teleqraf)