Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, VAZ-2107 markalı minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılaraq müalicəyə yerləşdiriliblər.
Xəsarət alanlar Səlim Elçin oğlu Əliyev, Elçin Nizami oğlu Vəliyev və Vüqar Qafar oğlu Ələsgərovdur.
Faktla bağlı araşdırma aparılır.