Naxçıvanda ailə faciəsi: Körpə öldü, ata ana yaralandı

23.09.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində qeydə alınıb.

77-KS-302 dövlət qeydiyyat nişanlı "KİA" markalı avtomobilinin aşması nəticəsində maşında olan 1994-cü il təvəllüdlü Məğrur Məşur oğlu Quliyev və onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Gülarə Elçin qızı Quliyeva müxtəlif xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Onların qəza nəticəsində xəsarət alan 2026-cı il təvəllüdlü övladlarının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью