Naxçıvanda aksiz markasız siqaretlər aşkar edilib

10.12.2024

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb. Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Naxçıvan şəhəri ərazisində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib və yük yerindən üzərində aksiz markası olmayan iki adda 14980 ədəd siqaret aşkar edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью