Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan, 8 dekabr, AZƏRTAC
Cari ilin 1 dekabr tarixinə Naxçıvan Muxtar Respublikasında aktiv vergiödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 22 min 76 olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, həmin tarixə aktiv ƏDV ödəyicilərinin sayı 11,2 faiz artıb və 607 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 0,4 faiz artaraq 6128 olub.