Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı bu il 38 % artıb

06.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Bu il dekabrın 1-nə Naxçıvan Muxtar Respublikasındakı aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 37,9 % çox - 21 374 olub.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Bundan başqa, nazir əvəzi deyib ki, ötən ilin əvvəlinə nisbətən muxtar respublikada aktiv vergi ödəyicilərinin sayında 68,2 %, qeydiyyatda olan obyektlərin sayında 20,1 %, ƏDV ödəyicilərinin sayında 84,2 %, qeydiyyatda olan yeni nəsil nzəarət kassa aparatlarının sayında 70,4 dəfə, qeydiyyatda olan aktiv POS-terminalların sayında 4,7 dəfə, aktiv bank hesablarının sayında isə 3,6 faiz artım qeydə alınıb.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью