Naxçıvanda avtobus tapmaq müşkülə çevrilib Yerli sakinlər durumdan narazıdır | Icma.az
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan şəhərində şəhərdaxili marşrutların axşam saat 22:00-a qədər işləməsi nəzərdə tutulsa da, avtobuslar saat 19:00 olmamış yoxa çıxırlar.
Həftə sonları isə marşrut tapmaq ümumiyyətlə müşkülə çevrilir.
Bu günlərdə marşrutlar həm gec-gec işləyirlər, həm də xətti daha tez tərk edirlər.
"AzPolitika" xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” a şəhər sakinləri məlumat veriblər.Şəhər sakini Nazilə Səfərova deyir ki, iş növbəsindən evə qayıdarkən taksidən istifadə etməli olur:“Məlum olduğu kimi xəstəxanalarda, digər idarə və müəssisəlrdə növbəli iş şistemi mövcuddur.
Axşam növbəsi 21.00-da başlayır. Növbəyə gələnlər də, çıxanlar da avtobus olmadığından taksidən istifadə edirlər.
Mən özüm 3-cü mikrarayonda yaşayıram. Respublika Xəstəxanası ilə məsafə uzaq olduğu üçün piyada getmək mümkün deyil.
Hər növbəyə gedəndə və gələndə 4-5 manat taksiyə pul verməli oluram".Ticarət mərkəzində fəhlə işləyən Ziyafət Əliyev də marşrutlardan narazıdır:“Əliabad qəsəbəsində yaşayıram.
Tam oxu
Xəbəri oxu