Naxçıvanda avtobusla maşın toqquşdu Xəsarət alanlar var

03.06.2026

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvanda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu Şıxmahmud kəndi ərazisindən keçən hissəsində baş verib. 67-BN-532 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-AC-024 dövlət nömrə nişanlı 8 nömrəli sərnişin avtobusunun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью