Naxçıvanda avtomobil 15 yaşlı piyadanı vurub

07.11.2024

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Azadlıq prospektində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 2009-cu il təvəllüdlü Bəbirova Xəyalə Xəyal qızını vurub. O,

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью