Naxçıvanda avtomobil əvvəl piyadanı vurdu, sonra binaya çırpıldı

06.11.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

75-BB-542 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq piyadanı vurub, daha sonra binaya çırpılıb.

Qəza zamanı Naxçıvan şəhər sakini, 2007-ci il təvəllüdlü Yasəmən Xaliq qızı Hüseynova xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью