Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ Azərtc-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunun 30-cu kilometrliyində qeydə alınıb.
Belə ki, 72-BF-530 dövlət nömrə nişanlı "Renault Megan" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kanala düşüb. Qəza zamanı xəsarət alan bir ailənin 4 üzvü - Ramin Əliyev, Nəcibə Əliyeva, Sevinc Əliyeva və Aysel Əliyeva Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.