Naxçıvanda avtomobil piyadanı vurub

02.10.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 2 oktyabr, AZƏRTAC

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil yolu qarşı tərəfə keçən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.

Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Müxbir - Nail Əsgərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью