Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Naxçıvanda yük avtomobili 34 yaşlı piyadanı vuraraq öldürüb.
"Unikal" xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu, Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Culfa şəhər sakini, 1986-cı il təvəllüdlü Cəfərov Zaur Dadaş oğlu idarə etdiyi "Volkswagen" markalı yük avtomobili ilə piyada Culfa rayonu, Ərəzin kənd sakini, 1990-cı təvəllüdlü Qeybullayev Qalib Hüseyn oğlunu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.