Naxçıvanda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

28.08.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib.

Belə ki, avtomobil yolu qarşı tərəfə keçən Naxçıvan şəhər sakini, 1985-ci il təvəllüdlü Quliyev Loğman Qələndər oğlunu vurub.

Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью