Naxçıvanda avtomobillər toqquşdu Ana və övladı xəsarət aldı

12.10.2025

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Afiyəddin Cəlilov küçəsi ilə Mustafa Kamal Atatürk küçəsinin kəsişdiyi yerdə qeydə alınıb.
Belə ki, 77 AL 903 dövlət qeydiyyat nişanlı "Chevrolet Cruze" markalı avtomobillə 75 TA 427 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.
 

Qəzada 2 nəfər - ana və övladı xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır. (Report.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью