Naxçıvanda ayı ata və oğula hücum etdi

19.10.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvanda ayı ata və oğula hücum edib.
Bizim.Media xəbər verir ki, hadisə Babək rayonunun Yuxarı Buzqov kəndində qeydə alınıb.
 

Belə ki, Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun övladı ayının hücumuna məruz qalıb.


Hadisə nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır. (Report.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью