Naxçıvanda ayı kənd sakininə ciddi xəsarətlər yetirib

19.10.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 19 oktyabr, AZƏRTAC

Naxçıvanda ayı insanlara hücum edib, bir sakinə ciddi xəsarətlər yetirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Yuxarı Buzqov kəndində qeydə alınıb. Belə ki, ayı Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məzahir Məmmədovun və onun oğlunun üzərinə hücum edib.

Yırtıcı heyvanın hücumu nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb və o, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью