Naxçıvanda barama istehsalı artıb

02.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu il Naxçıvan Muxtar Respublikasına 50 qutu ipəkqurdu toxumu gətirilib və mövsümün yekununda 2 min 880 kiloqram yaş barama istehsal olunub. Bu isə ötən illə müqayisədə 31,1 faiz çoxdur.

Xatırladaq ki, bölgədə 3 il əvvəl pilot layihə kimi başlanılan baramaçılıq qısa müddətdə sürətlə inkişaf edərək aqrar sahənin ən gəlirli istiqamətlərindən birinə çevrilib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью