Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Naxçıvan şəhərində azyaşlı uşaq ehtiyatsızlıqdan eyvandan yıxılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Naxçıvan şəhəri, 3-cü mikrorayon ərazisindəki yaşayış binasında baş verib.
Beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzillərdən birində yaşayan 2020-ci il təvəllüdlü Xədicə Heydər qızı Rzayeva evin eyvanında oynayarkən ehtiyatsızlıqdan yerə yıxılıb.
Azyaşlı qız xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli