Naxçıvanda bir ailənin dörd üzvü qəzada xəsarət alıb

01.02.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.az" "Report"a istinadən xəbər verir ki, hadisə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində bir ailənin dörd üzvü - 1961-ci təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü Banu Qasımova və 2023-cü il təvəllüdlü Azər Qasımov xəsarət alıblar.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, fakt araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью