Naxçıvanda bu ilin 5 ayında 32 dövlət əmlakı özəlləşdirilib

24.06.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 24 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən muxtar respublikada 32 dövlət əmlakı özəlləşdirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, özəlləşdirmədən daxil olan 105,2 min manat muxtar respublikanın büdcəsinə ödənilib.

Cari ilin beş ayı ərzində muxtar respublikada 25 hərrac keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə keçirilmiş hərracların sayı 13,6 faiz çox olub. Ötən dövr ərzində keçirilmiş hərraclardan 33,8 min manat xidmət haqqı daxil olub.

Müxbir - Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью