Naxçıvanda C kateqoriyalı məşqçi kursları keçiriləcək

10.07.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasında C kateqoriyalı məşqçi kursları keçiriləcək.

Bakıvaxtı.az Naxçıvan Futbol Federasiyasının (NFF) mətbuat xidmətinə istinadən xəbər verir ki, kurslar bölgədə fəaliyyət göstərən məşqçilər üçün AFFA və NFF-nin birgə təşkilatçılığı ilə baş tutacaq.

4 mərhələdən ibarət olacaq kurs iyul-avqust aylarında təşkil ediləcək. Hər mərhələ 4-5 gün davam edəcək.

I mərhələ iyulun 22-də Naxçıvan şəhər mərkəzi stadionunda keçiriləcək.

Qeyd edək ki, kurslarda iştirak üçün ödəniş məbləği 500 manatdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью