Naxçıvanda cüdoçular üçün kəmər dərəcəsi imtahanı keçiriləcək

21.10.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək. Sport24.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə baş tutacaq sınaqda 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs iştirak edə bilər.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə daxili yarışlarda iştirak üçün zəruridir. İmtahan oktyabrın 31-də Naxçıvan Olimpiya İdman Kompleksində baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью