Naxçıvanda dağlıq ərazilərə qar yağır

07.12.2025

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Modern.az-ın məlumatına görə, ötən gün axşam saatlarından etibarən muxtar respublikanın şəhər və kəndlərinə yağış, yüksək dağlıq ərazilərə isə qar yağır.

Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Ordubad rayonunun Parağaçay qəsəbəsində, 2500 metr yüksəklikdə qar örtüyünün hündürlüyü 2 santimetr, Şahbuz rayonunun Batabat yaylağında isə 1 santimetr təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью