Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırdı KONKRET

29.11.2024

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb.

KONKRET.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası fəaliyyətini dayandırıb.

Bu qurumlar 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərirdi. Daha öncə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Muxtar Respublikası Boks Federasiyası da fəaliyyətini dayandırıb.

Qeyd edək ki, bunun əvəzində Naxçıvanda ümumrespublika federasiyalarının nümayəndəlikləri fəaliyyət göstərəcək./report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью