Naxçıvanda daşınmaz əmlak sahəsində 11 min 746 elektron müraciət daxil olub

19.11.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan, 19 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hesabat dövründə hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən 11 min 746 elektron müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 90,6 faiz artım qeydə alınıb.

Qeyd edək ki, elektron xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi xidmətlərə çıxış imkanlarını asanlaşdırmaqla yanaşı, vaxta qənaət etməyə, işlərin tam şəffaf və rahat şəkildə həll olunmasına da köməklik edir.

Müxbir - Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью