Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı 3,6 faiz artıb AZƏRTAC | Icma.az
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan, 9 yanvar, AZƏRTAC Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ildə 11268 daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılıb.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu göstərici 2023-cü illə müqayisədə 3,6 faiz çoxdur.Mülkiyyət hüquqları qeydiyyata alınmış əmlaklardan 4829-u torpaq sahəsi, 3985-i fərdi yaşayış, 2-si bağ evi, 1779-u mənzil, 193-ü qeyri yaşayış binası, 449-u qeyri-yaşayış sahəsi, 1-i çoxmərtəbəli yaşayış binası, 30-u əmlak kompleksidir.Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən muxtar respublika büdcəsinə daxilolmalar 11,7 faiz artaraq 1,2 milyon manatdan çox olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu