Naxçıvanda DƏHŞƏT: Yaralı VAR

24.11.2024

Icma.az, News24 portalına istinadən məlumat verir.

Naxçıvan şəhərində zəncirvari qəza olub.

News24.az "Unikal"a istinadla xəbər verir ki, qəza şəhərin İstiqlal küçəsində qeydə alınıb. Qəza zamanı "BMW", "Mercedes", "KIA" və 2 "Hyundai" markalı avtomobillər toqquşub.

Qəzada Naxçıvan şəhəri, Tumbul kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayeva Çinarə Elçin qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsini yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью