Naxçıvanda dələduzluqda ittiham olunan idmançı həbs edilib

25.09.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvanlı dələduzluqla bağlı saxlanılan idmançı Əmrah Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın xəbərinə görə, Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, naxçıvanlı atlet Əmrah Nağıyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əmrah Nağıyev vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunur.

Polis əməkdaşları tərəfindən keçirilən nəticəsində o, saxlanılıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью