Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb

14.01.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb.

APA xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb.

Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью