Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvanda dəmiryolunun Ermənistanla sərhəd hissəsində tikintiyə start verilib.
Modern.az-ın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayev deyib ki, ADY Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb.
O bildirib ki,Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə start verilib: "Tikinti işləri 188 km-lik dəmiryol xəttini əhatə edir.
Məqsəd müasir tələblərə cavab verən yeni dəmiryolu şəbəkəsinin qurulmasıdır.
Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
Bildiyiniz kimi, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda cənab Prezident növbəti tarixi zəfərə imza ataraq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşmanın imzalanmasına nail olub.
Bu razılaşma çərçivəsində dəhliz boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq.