Naxçıvanda deputatlarla bağlı yeni qərar

18.02.2026

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi deputatlarının köməkçiləri olacaq.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişikliklər Ali Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər. Belə ki, deputatın köməkçiləri Naxçıvan MR-in büdcəsi hesabına saxlanılacaq. Onların işə qəbulu əmək qanunvericiliyi ilə tənzimlənəcək.

Deputatın köməkçisinə aid əlavə tələblər Ali Məclisi sədrinin qərarı ilə müəyyən ediləcək.

Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью